Səba xalqı və Arim seli

"Səba yurdunda bir nişanə var idi. Sağdan və soldan iki bağça var idi. "Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. Gözəl bir diyar, Rəbbiniz də bağışlayan bir Rəbbdir!" Lakin onlar üz döndərdilər, Biz də üstlərinə Arim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik"
("Səba" surəsi, 34/15-16).

 

Səba xalqı nə vaxtsa Cənubi Ərəbistanda məskunlaşmış dörd iri sivilizasiyanın nümayəndələrindən biridir. Biz artıq Ad xalqının adını çəkmişdik. Tarixçilər güman edirlər ki, səba xalqı ilk olaraq dövlətçiliyin əsasını e.ə. 1000-750-cü illərdə qoyub, imperiya e.ə. 550-ci illərdə farsların və ərəblərin dağıdıcı hücumları nəticəsində çöküb.


Səbailər şahlığının yaranmasının tarixinə dair yekdil fikir yoxdur, çünki səbailərin ilk rəsmi yazıları e.ə. 600-cü illərə aiddir. Səba dövləti haqda qədim xatırlamalar isə tarixçilərdə hələ yoxdur.

 

 

Səba xalqı haqda ilk məlumatlara Assuriya hökmdarı II Sarqonun (hakimiyyət illəri e.ə. 722-705-ci illər) hərbi salnamələrində rast gəlinir. Sarqon ona həvalə edilmiş dövləti təsvir edərək Səba hökmdarı Yis-i Əmar haqda qeyd edir. Bu tarixi qeyd qədim Səba dövlətindən bəhs edən ən qədim yazılı mənbədir. Ancaq Səba mədəniyyətinin dirçəlməsini məhz e.ə. 700-cü ilə aid olduğunu güman etmək səhv olardı, çünki istisna deyil ki, Səba dövləti hələ qədim əlyazmalarda qeyd edildiyindən əvvəl fəaliyyətə başlamışdır. Çox güman ki, xalqın tarixi daha erkən zamanlara gedir. Məsələn, Ur çarlığının sonuncu hökmdarlarından biri olan Arad-Nannarın qeydlərində "Sabum" sözünə rast gəlinir ki, alimlərin fikrincə, bu da "səbailər ölkəsi" deməkdir. Tarixçilər bu gümanlarında səhv etmirsə, Səba tarixi e.ə. 2500-cü illərə aiddir.


Səbailərdən bəhs edən tarixi sənədlər onları inkişaf və rifah səviyyəsinə görə dövlətləri yüksək inkişaf etmiş ticarəti ilə səciyyəvi olan finikiyalılarla bir sırada tuturlar. Şimali Ərəbistanın bir sıra iri ticarət yolları finikiyalıların nəzarətində idi. Səbanın tacirləri isə mallarını Şimali Ərəbistandan Aralıq dənizi hövzəsinə və Qazuya daşımaq üçün bu yerlərin yeni hökmdarı olan Assuriya çarı II Sarqondan ya icazə almalı, ya da ona rüsum ödəməli idilər. Səbailər assuriyalıların salnaməsinə onların hökmdarına müntəzəm şəkildə bac-xərac ödəməyə başladıqdan sonra daxil oldular.


Səba xalqının sivilizasiyası tarixdə yüksək inkişafı ilə tanınır. Səba hökmdarlarının yazılarında "tikinti", "ticarət", "ianə" kimi sözlər yer alır. Öz dövrünün vacib texnoloji nailiyyətlərindən biri olan Mərib bəndi Səba xalqının inkişaf inkişaf səviyyəsinin bəlkə də ən parlaq nümunəsi ola bilər. Ancaq tikinti və ianə sözlərinin bu qədər qeyd edilməsi güclü hərbi quruluşun olmaması demək deyil. Səba ordusu ərazi bütövlüyünün qorunmasını və bu dövlətin çiçəklənməsini, uzun müddət ərzində xarici hədələrdən qorunmasını təmin edən əsas amillərdən biri idi.


Səba çarlığı güclü ordulardan birinə sahib idi. Bunun sayəsində Səba hökmdarları qonşu torpaqların və xalqların fəal işğalı siyasətini alarırdılar. Belə ki, Səba qədim Kataban dövlətinin torpaqlarını işğal etdi, həmçinin Afrika qitəsində torpaqların bir hissəsinə sahib oldu. E.ə. 24-cü ildə Səba ordusu o dövrün ən yüksək inkişaf etmiş və güclü dövləti olan Roma imperiyasının Misir canişini Mark Eliy Qallanın başçılıq etdiyi ordusunu məğlub etdi. Səba mötədil siyasət yürüdən güclü dövlət təəssüratı yaradır, ancaq lazım olduqda zor tətbiqindən də istifadə edirdi. Səba çarlığı özünün çiçəklənmə dövründə inkişaf etmiş mədəniyyəti və hərbi gücü ilə sözün əsl mənasında o dövrün ən güclü dövlətlərindən biri hesab edilirdi.


Quranda Allah-Təala Səba ordusunun gücü və xüsusiyyətləri haqda məlumat verir. Səba sərkərdələrinin sözləri lovğalıq və özlərinin sonsuz gücünə əminlik elementləri ilə doludur. Onlar öz çariçalarına belə deyirdilər:


"Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün bax!"" ("Nəml" surəsi, 27/33).


Səba çarlığının paytaxtı əlverişli coğrafi vəziyyətinə görə çiçəkləyən Mərib şəhəri idi. O, Adhan çayının yaxınlığında yerləşirdi. Bu çayın Cəbəl-Bələkəyə töküldüyü yer bənd tikintisi üçün olduqca əlverişli idi. Səbailər bundan istifadə edərək hələ öz sivilizasiyalarının ilk çağında burada bənd ucaltdılar və ölkənin və onun sakinlərinin yüksək səviyyəli rifahını təmin edəcək suvarma əkinçiliyini inkişaf etdirdilər. Mərib bir zamanlar qədim dünyanın iri şəhərlərindən biri kimi tanınırdı. Bu yerlərə səyahət edən Qədim Roma tarixçisi və yazıçısı Pliniy bu diyarı özünün "Təbii tarix" kitabında tez-tez tərifləyərək onun bol yaşıllığına heyranlığını bildirirdi.


Qədim tarixçilərin təsvirlərinə görə, Mərib bəndinin hündürlüyü 16 metr, eni 60 metr, uzunluğu 620 metr idi. Bəndin suvardığı torpaqların ümumi sahəsi 9600 hektar idi ki, onun da 5300 hektarı cənub, qalan hissəsi isə şimal vadisinin payına düşürdü. Səba çarlığının daş yazılarında  bu torpaqlar "Mərib və iki vadi" kimi qeyd edilir.41 Belə ki, Quranda "sağdan və soldan iki bağ" ("Səba" surəsi, 34/15-16) sözünün keçməsi bu dərələrdə bitən təmtəraqlı bağlara və üzümlüklərə işarə edir. Bu rayon bənd və suvarma qurğuları sayəsində Cənubi Yəmənin ən məhsuldar hissəsi sayılırdı. Himer ləhcəsində tərtib edilmiş qədim əlyazmaları və sənədləri öyrənən fransız tarixçisi və arxeoloqu C.Holevi və avstriyalı Qlaser sübut etdilər ki, Mərib bəndi ta qədimlərdən mövcud idi. Bu ölkənin torpaqlarının məhsuldarlığı tarixi sənədlərdə məhz bəndin olması ilə izah edilirdi.


Eramızın V-VI əsrlərində bu bənd irimiqyaslı dəyişikliklərə məruz qaldı və yenidən quruldu, ancaq bu dəyişikliklər də bəndin 542-ci ildə uçmasının qarşısını ala bilmədi ki, bu da "bəndin daşmasına" ("Səba" surəsi, 34/16) gətirib çıxardı və torpaqların məhsuldarlığına xeyli zərər vurdu. Bağlar, üzümlüklər, tarlalar, bir sözlə, səbalıların əsrlər ərzində ucaltdığı hər şey su altda qaldı. Bəndin dağılması Səba çarlığının iqtisadi gücünün kəskin zəifləməsinə səbəb oldu və qədim dövrün ən zəngin və güclü dövlətlərindən birinin sonunun başlanğıcına çevrildi.

 

 

Səba dövlətinə göndərilən Arim seli

Biz adıçəkilən tarixi faktlarla birgə Quran ayələrinin öyrənilməsində aşkar bir həqiqətlə qarşılaşırıq: arxeoloji dəlillər və tarixi faktlar Quran sətirlərinin həqiqiliyini təsdiq edir. Ayədə bildirildiyi kimi, Allahın göndərdiyi peyğəmbərin xəbərdarlıqlarına qulaq asmayan və Rəbbin onlara bəxş etdiyi nemətlərə naşükürlük edən xalq sonda selə məruz qaldı. Bu hadisə Quranda belə təsvir edilir:


"Səba yurdunda bir nişanə var idi. Orada sağdan və soldan iki bağça var idi. "Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. Yurdunuz gözəl bir diyar, Rəbbiniz də bağışlayan bir Rəbbdir!" Lakin onlar üz döndərdilər, Biz də üstlərinə Arim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?" ("Səba" surəsi, 34/15-17).


Quranda deyilir ki, Səba xalqı yaşıl bağlar içində və heyranedici gözəlliyi olan səxavətli və bərəkətli diyarda yaşayırdı. Həmçinin ölkədən keçən çoxlu ticarət yolları ilə şərtlənən yüksək səviyyəli rifaha malik Səba çarlığı öz dövründə qədim dünyanın ən tanınmış şəhərlərindən idi.


Bu dərəcə gözəl şəraitdə yaşayan Səba xalqı gərək ayədə deyildiyi kimi, "Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin" ("Səba" surəsi, 34/15) deyiminə uyğun hərəkət edəydi. Ancaq təəssüf, səbailər məhz özlərini bu rifahın yaradıcısı və həyatlarının tam hakimi hesab etdilər. Şükr etmək əvəzinə lovğalandılar qürurlandılar və ayədə də deyildiyi kimi, Allahdan "yana çevrildilər". Ancaq onların qanunsuzluqları çox sürmədi, çünki yalnız özlərinin yaratdıqlarını hesab etdikləri nemət və bolluq Qurani-Kərimdə də deyildiyi kimi, tezliklə yox oldu, "bəndin daşması" ölkəni yerlə-yeksan etdi.


Səba xalqına göndərilən cəza Quranda "Səylül-Arim" kimi qiymətləndirilir ki, bu da ərəb dilindən tərcümədə "bəndin daşması" deməkdir. Quranın bu ifadəsi eyni zamanda selin necə baş verməsinə işarə edir. Çünki "ərim", yəni "bənd" sözü artıq özü haqda bildirir, "Səylül-Arim" söz birləşməsi isə "daşma" və ya sadəcə bəndin yarılmasının əmələ gətirdiyi sel deməkdir. İslam ilahiyyatçıları Quranda "bəndin daşmasına" dair istifadə edilən mənaları nəzərə alaraq hadisənin yerini və zamanını olduqca dəqiq müəyyən ediblər. Məvdidi öz təfsirində yazır:


"Eynilə "Səylul-Arim" söz birləşməsindən istifadə edildiyi kimi, "Arim" sözü Cənubi Ərəbistan ləhcəsində istifadə edilən və "çəpər", "bənd" ifadə edən sözdən əmələ gəlib. Bu söz Yəməndə aparılan qazıntılar zamanı aşkar olunan saray xarabalıqlarına da eyni mənada aid edilib. Məsələn, Yəmən hökmdarı Əbrahimin göstərişi ilə Mərib bəndinin bərpasından sonra tərtib edilmiş və 542-543-cü illərə aid olan yazıda bu söz dəfələrlə "bənd" mənasında işlədilir. Bu halda "Səylul-Arim" "bəndin uçmasının əmələ gətirdiyi sel" deməkdir.


"Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik" ("Səba" surəsi, 34/16).


Deməli, ölkə bəndin daşmasının doğurduğu axının gətirdiyi sel nəticəsində dağıldı. Həmçinin bütün suvarma kanalları sistemi xəsarət aldı. Nəticədə əvvəllər "sanki bağ olan" ölkə cır ağacların kiçik toxumlarından başqa yeməli heç nə qalmayan vəhşi otlar bataqlığına çevrildi.


"Müqəddəs Kitab doğru söylədi" ("Und die Bidel hat doch recht") kitabının müəllifi, dini inancına görə xristian olan arxeoloq Verner Keller qeyd edir ki, sel Quranda təsvir edilənlərlə uyğun baş verib: "Nə vaxtsa bəndin olması, onun uçması və bütün dövlətin dağılmasına səbəb olması şübhəsiz onu təsdiq edir ki, Quranda "bağların sahibləri ilə" baş verən hadisələr həqiqətən olub".


Seldən sonra bu yerin məhsuldar torpaqları tədricən səhraya döndü, məhsuldarlığın itməsi ilə isə səbailər əsas gəlir mənbəyindən məhrum oldular. Allah öz Rəbbinin tövbə çağırışlarına lovğalıq, təkəbbür, özünə hədsiz inam içində cavab verməyən, Yaradana şükr etməyən bu xalqı belə cəzalandırdı. Selin vurduğu ciddi zərbə ölkəni tam xarabalıq vəziyyətinə gətirdi. İnsanlar öz yuvalarını tərk etməyə başladılar və Ərəbistanın şimalına - Məkkəyə və ya Suriyaya köçdülər.


Bu hadisə Uca Yaradan İncili və Tövratı nazil etdikdən sonra baş verdiyi üçün onun haqqında yalnız Qurani-Kərimdə bəhs edilir.


Bir vaxtlar Səba xalqının məskunlaşdığı Mərib indi səhra arasında insansız xarabalıqlara bənzəyir. Qoy bu, səbailərin etdiyi günahları təkrar edən hər kəsə dərs olsun. Səba buna dair yeganə misal deyil. Qurani-Kərimin "Kəhf" surəsində bağların iki sahibi haqda ibrətamiz hekayə gətirilir. Onlardan birinin bağı eynilə səbailərin bağları kimi cah-cəlallı və məhsuldardır. Onun sahibinin etdiyi günahlar da eynidir - Allahın buyurduqlarına tabe olmamaq. İnsan Allahın rəhmindən ona bəxş ediləni mənimsəmək istəyir:


"Başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: "Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!" O özünə zülm etdiyi halda bağına girib dedi: "Bu bağın nə vaxtsa yox olacağını gəman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" Beləliklə, onun meyvəsi tələfedildi. Qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!" - deyirdi. Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da kömək edə biləcək bir halda deyildi" ("Kəhf" surəsi, 18/34-36, 42-43).


Quran ayələrindən də aydın olduğu kimi, bağ sahibinin günahı Allahın mövcudluğunu inkar etmək deyil, əksinə, bəyan edilir ki, əgər o, "Rəbbinə doğru qaytarılsa", daha yaxşısı veriləcək. Hazırkı vəziyyətini isə o, yalnız şəxsi uğuru hesab edir və heç kəsə təşəkkür etməyə məcbur olmadığını düşünür.


Axı bu, elə Allaha şərik qoşmaqdır! Bütövlükdə Allaha aid olanları və sənə rəhmi gəldiyindən verdiyinə görə Allah-Təalaya şükr etmək əvəzinə onları mənimsəmək özünü hansısa seçilmişlərdən saymaq, Allahın onsuz da qoruyacağını hesab etmək və beləliklə, Yaradanın qarşısında qorxmağı və hörməti unutmaqdır.


Səba xalqı ilə bağlı da belə oldu, başlarına gələn cəza onlara dərs və gələcək çarlıqlar üçün ibrət oldu: bütün ölkə bünövrəsinə qədər müflisləşmişdi ki, insan dərk etsin ki, o, öz var-dövlətinin və əmlakının sahibi deyil, onun yalnız müvəqqəti istifadəçisidir.

 



Məqalələr


Quran əxlaqının bütün insanlar arasında yayılması üçün səy göstərmək iman və vicdan sahibi bütün insanların məsuliyyətidir. Allah Quranın "Sizdən; xeyirə çağıran, yaxşılığı (marufu) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun. Qurtulacaq olanlar bunlardır." (Ali-İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti insanlara bildirmişdir.

Bütün bibaşa efirləri, söhbət proqramlarını və sənədli filmləri buradan izləyə bilərsiz.
Kanalın tezlikləri:

TURKSAT 3A / 12524 VERTİCAL / 22500

Hörmətli Adnan Oktarın bütün əsərləri, əsərlərindən istifadə edilərək hazırlanmış filmlər və digər bütün məlumatları www.adnanoktar.az saytından izləyə bilərsiz.