Keçmişdəki xalqlar

"Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi?" ("Məryəm" Surəsi, 98)

 

Allah insanları xüsusi bir sınaq yeri olan dünyada yerləşdirmiş və tarix boyunca onları xəbərdar edib qorxutmaq, doğru yola dəvət etmək üçün öz elçilərini haqq kitablarla göndərmişdir. Bu gün də Allahın göndərdiyi və möminlər üçün hidayət olan haqq kitab əlimizdədir. Haqqı batildən ayıran, keçmişdə inkar etmiş qövmlərin başlarına gələnlərlə bizləri qorxudan bu kitab Qurandır.

 

Allah Quranda tarix boyu yaşamış bütün qövmlərə doğru yolu göstərdiyini və onlara elçilər vasitəsilə dünyanın müvəqqəti olmasını, həqiqi məskənin axirət olmasını xatırlatdığını bildirmişdir. Lakin yenə də Qurandan öyrəndiyimizə görə, insanların əksəriyyəti inkar etmiş və elçilərin dəvətini qəbul etməmişdi. Buna görə də Allah onlara heç gözləmədikləri halda əzab vermiş və bir qismini də tamamilə yer üzündən silmişdir. Quranda belə buyrulur:

 

"Biz Adı da, Səmudu da, Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də yerlə yeksan etdik. Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, onları yerli-dibli yox etdik. Fəlakət yağışı yağmış şəhərə gəlib çatmışdılar. Məgər onu görmədilərmi? Хeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar" ("Furqan" Surəsi, 38-40)

 

Keçmiş sivilizasiyaların başına gələnlərdən bizim almalı olduğumuz ibrət dərsi ayələrdə belə bildirilir:

 

"Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş, altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq" ("Ənam" Surəsi, 6)

 

Yenə də bu mövzuda insanları xəbərdar edib qorxudan və düşünüb öyüd ala bilənlərə təsiri olan başqa bir ayə isə belədir:

 

"Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar: "Görəsən, can qurtarmağa bir yer varmı?" - deyərək ölkə-ölkə gəzib dolaşmışdılar. Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!" ("Qaf" Surəsi, 36-37)

 

Yuxarıdakı ayələrdən də gördüyümüz kimi, keçmişdə yaşamış qövmlərlə bağlı verilən xəbərlərin ən mühüm səbəbi bugünkü insanları həmin vəziyyətə düşməkdən çəkindirməkdir. Həqiqətən də əvvəlki qövmlərin başına gələn fəlakətlərə və onlara aid olan arxeoloji qazıntılara yalnız hər hansı bir tarixi məlumat kimi baxmaq səhv olardı. "Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik" ("Bəqərə" Surəsi, 66) ayəsində də göstərildiyi kimi, bu hadisələr bir ibrət və digər insanlar üçün bir öyüddür. Lakin bunu da nəzərdən qaçırmaq olmaz ki, Allah inkarında israr edən bu qövmlərə dərhal əzabla əvəz verməmiş, əksinə, hamısına "bəlkə fikirlərindən daşındılar deyə" elçilər göndərmişdir. Bundan əlavə, Allah dünyada insanların başına gələn çətinliklərin axirətdəki çətin əzabın bir əlaməti olduğunu da Quranda bildirmişdir:

 

"Biz ən böyük əzabdan əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, qayıdalar!" ("Səcdə" Surəsi, 21)

 

Bu qövmlərin məhv edilməsi isə onların bu xəbərdarlıqları dinləməməsindən, get-gedə daha da azğınlaşmasından sonra gerçəkləşdirilmişdir. Allah yolunu azmış belə qövmləri məhv etmiş və onların yerinə yeni xalqlar yaratmışdır. Çünki haqqında danışılan qövmlər Allahın onlara verdiyi zənginlik, gözəl evlər, sənət əsərləri içində Allahı unudaraq günlərini, aylarını, illərini yalnız boş məqsədlərə sərf etmişdilər. Yer üzündə sahib olduqlarının daimi tənəzzülə, süquta uğradığını və köhnəldiyini düşünməmiş, bunlarla Allahın onları sınağa çəkdiyini və qısa müddətdən sonra heç birinin həyatda olmayacağını ağıllarına belə gətirməmişdilər. Ölümdən sonra əbədi yaşayacaqları bir məkanın mövcud olduğunu ağıllarına gətirməyərək yalnız həmin anı yaşamış, ölümlə birlikdə başlayacaq əbədi həyat olduqca yaxın ikən dünyanı əbədi zənn etmişdilər. Halbuki bu aldanış onlara heç bir fayda verməmiş, başlarına gələn fəlakətlər aradan min illərin keçməsinə baxmayaraq bir ibrət nümunəsi olaraq sonrakı nəsillərə ötürülmüş, unudulmayan tarixi bir hadisə olmuşdur.



Məqalələr


Quran əxlaqının bütün insanlar arasında yayılması üçün səy göstərmək iman və vicdan sahibi bütün insanların məsuliyyətidir. Allah Quranın "Sizdən; xeyirə çağıran, yaxşılığı (marufu) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun. Qurtulacaq olanlar bunlardır." (Ali-İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti insanlara bildirmişdir.

Bütün bibaşa efirləri, söhbət proqramlarını və sənədli filmləri buradan izləyə bilərsiz.
Kanalın tezlikləri:

TURKSAT 3A / 12524 VERTİCAL / 22500

Hörmətli Adnan Oktarın bütün əsərləri, əsərlərindən istifadə edilərək hazırlanmış filmlər və digər bütün məlumatları www.adnanoktar.az saytından izləyə bilərsiz.